İlon Maskın "Neuralink” şirkətinin beyin çipini ilk dəfə insanlarda sınaması və müvəffəqiyyət qazanması Çini hərəkətə keçirməyə sövq edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, insan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi daşıyan İlon Maskın "Neuralink” layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.
İnsanları və kompüterləri birləşdirmək üçün ultra yüksək bant genişliyi olan beyin-maşın interfeyslərini inkişaf etdirməyə çalışan "Neuralink” beyin pozuntularını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni intellektlə birləşdirəcək.
Bundan sonra Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi dərc olunan sənəddə bildirib ki, 2025-ci ilə qədər ən müasir texnologiyalara diqqət yetirmək və təhlükəsiz beyin çipləri interfeysi məhsullarını inkişaf etdirmək niyyətindədirlər.
Həmçinin qeyd olunub ki, Çin 2027-ci ilə qədər bu sahələrdə qlobal lider olmağa ümid edir.
Ayşən