xari

İlon Maskın Putinə dəvəti ilə bağlı Moskvadan - Açıqlama

DÜNYA
15:30 02.03.2021
313
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Maskın Rusiya Prezidenti Vladimir Putini söhbət etmək üçün "Clubhouse"a dəvət etməsindən sonra Kreml milyarderə müraciət ünvanlayıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, müraciətə cavab verilməyib.

"Biz, əslində, bu təklifin təfərrüatlarını aydınlaşdırmaq üçün sorğu göndərmişdik. Heç bir cavab almamışıq",- Peskov qeyd edib.

Peskov bunun anlaşılmazlıq olduğunu ehtimal etdiyini bildirib.

Xatırladaq ki, 14 fevralda İlon Mask öz tvitter hesabında səsli əlaqə və onlayn konfranslar üçün nəzərdə tutulmuş "Clubhouse" tətbiqi barədə paylaşım edib və Rusiya Prezidenti Vladimir Putini platformada söhbət etməyə dəvət edib. Mask paylaşımında Kremlin Tvitter-dəki rəsmi hesabını işarələyərək "Sizinlə danışmaq böyük bir qürur olardı", - deyə bildirmişdi.

OXŞAR XƏBƏRLƏR