İngiltərədə çılpaq dənizə girərək rekord qırmağa çalışamn bir qrupun bu cəhdu uğursuzluğa düçar olub. Məlumata görə, yardım təşkilatlarından birinə pul toplamaq məqsədilə təşkil olunmuş tədbirdə sadəcə 200 nəfər iştirak edib.
Qeyd edək ki, bu istiqamətdə rekord keçən il Qallerdə dənizə çılpaq girən 400 nəfərlik qrupa aiddir.
Təşkilatçı Jaklin Hiqqinson tədbirdə minlərlə insanın iştirak edəcəyini gözlədiklərini, məqsədlərinin zehni xəstəliyi olan insanlara yardım toplamaq olduğunu deyib. Hiqqinson bu istiqamətdə cəhdlərinin davam edəcəyini bildirib.