Keçmiş məhbus 21 yaşlı qızı hədələyib ondan külli miqdarda pul tələb edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə barədə qızın atası polisə məlumat verib.
Bakı sakini, 43 yaşlı Kamil Əliyev ( ad, soyad şərtidir) bildirib ki, aprelin 13-də axşam saatlarında əvvəllər məhkum olunan 22 yaşlı Nahid Kazımov ( ad,soyad şərtidir) qızı Sevdanın (ad,soyad şərtidir) rüsvayedici şəkillərini “Facebook”da paylaşacağı ilə ona hədə qorxu gəlib.
Şəkilləri yaymamaq üçün isə ondan 7 min manat pul tələb edib.
Müraciətlə bağlı Nərimanov RPİ Təhqiqat Şöbəsində araşdırma aparılır