İlqar Məmmədov İsa Qəmbəri, Elşən Musayev isə bütün müxalifəti 'vurdu' - 'Facebook'da qalmaqal

İlqar Məmmədov İsa Qəmbəri, Elşən Musayev isə bütün müxalifəti
Bütün Xəbərlər
00:33 18.09.2012
2403
"Azərbaycanda Qalma adlı kənd olsaydı, İsa Qəmbəri ora "propiska" edərdik, hamı da deyərdi ki, İsa Qəmbər siyasətdə Qalmalıdır" AZXEBER.COM-un məlumatına görə, bu sözləri şəxsi "facebook" səhifəsində REAL Hərəkatının həmsədri İlqar Məmmədov yazıb. Onun bu statusu birmənalı qarşılanmayıb. Adil Salimov adlı istifadəçi Məmmədova yazıb: "Gündəmdə qalmaq üçün İ.Qəmbər və Ə Kərimlidən başqa variantiniz yoxdu?"Tanınmış jurnalist Eynulla Fatullayev isə statusa kommentində İlqar bəyə söz atıb. Tıxacı aradan qaldırmaq üçün gəlin bir körpü tikək. İlqar Məmmədovu da ora propiska eləyək"Sakar Yusifli isə Məmmədovu kəskin tənqid edib: "İlqar bəy, sizin şəxsinizə hörmətim var. Amma sizi Etibar Məmmədovun yanında gördüyümdən bu günə qədər məni təəccübləndirmisiz. Gözləyirsiz ki, hamı sizin kimi tez-tez mövqeyini dəyişsin?! Sizdən fərqli olaraq bəziləri öz addımlarında ardıcıldırlar. İsa Qəmbər nəinki siyasətdə qalmalıdır, hətta onun bütün şüurlu həyatını həsr etdiyi mücadilənin məntiqi sonluğu gəlməlidir". REAL-ın həmtəsisçinin cavabı gecikməyib:Sakar bəy, əslində, İsa bəyin siyasətdən getməsinin əleyhinəyəm. Səbəbini çox da izah etməyəcəm. Siyasət peşəsini seçənlər böyük sayda insanların məlumatsız rəyi ilə hesablaşmaq əzabını çəkdiyi üçün bir-birinə ayrı bir növdə hörmət edirlər ki, onu da hər kəs başa düşməz.Hər zaman çıxışlarında müxalifəti kəskin tənqid edən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev yenə öz ənənəsinə sadiq qalıb: "Onlar ömürlərinin sonuna qədər Azərbaycan siyasətinin tıxacı rolunu oynamağa israrlıdırlar.Dünyada analoqu olmayan presidentdir: Bir insanı gənc yaşında siyasətə müxalifətçi kimi gətirib, elə müxalifətdəcə pensiya yaşına çatdırma istedadı"
OXŞAR XƏBƏRLƏR