İlqar Mikayıloğlu: 'Cinayət işi ilə bağlı danışmaq istəmirəm'

İlqar Mikayıloğlu:
Bütün Xəbərlər
13:45 28.09.2012
6233
ANS TV-nin tanınmış teleaparıcısı İlqar Mikayıloğlu bacısı, deputat Gülər Əhmədovanın işi ilə bağlı Baş Prokurorluqda  açılan cinayət işinə münasibət bildirməkdən imtina edib. Əməkdaşımız aparıcı ilə əlaqə saxlayaraq Gülər Əhmədovanın səhəti və onunla bağlı açılan cinayət işi haqda münasibət öyrənməyə çalışsa da İlqar Mikayıloğlu bu məsələ haqda şərh vermək istəmədiyini bildirib. 
“Mən bu məsələ ilə bağlı hər hansı şərh vermmək istəmirəm”-deyən İ.Mikayıloğlu qeyd edib ki, o, ümumiyyətlə bu haqda danışmaq niyyətində deyil. 
Qeyd edək ki, deputat Gülər Əhmədovanın videoqalmaqalı ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. Həmçinin Gülər Əhmədovanın insult keçirdiyi bildirilib. /// modern.az
OXŞAR XƏBƏRLƏR