İlqarə Kazımova evlilik xəbərindən danışdı

İlqarə Kazımova evlilik xəbərindən danışdı
Bütün Xəbərlər
17:11 18.05.2015
3147
“Düzdür, şəklə baxanda...”.
Müğənni İlqarə Kazımovanın gizlicə ailə qurması haqda xəbər bu gün yerli medianın diqqətini özünə cəlb etməyi bacarıb.
AZXEBER.COM-un xəbərinə görə həmin məlumatda deyilir ki, toy bir neçə il öncə xaricdə baş tutub və İlqarə Kazımovanın həyat yoldaşı əcnəbi vətəndaşdır. İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır. Aygün Kazımovanın qızının toy xəbərinin niyə gizli saxlamaq istədiyi isə məlum deyil.
Oxu.Az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı İlqarə Kazımova ilə əlaqə saxlayıb. Müğənni xəbərdən şoka düşdüyünü bildirib:
“Mən subayam və heç vaxt ailəli olmamışam. O qız isə mən deyiləm. Bilmirəm kimdir. Düzdür, şəklə baxanda mən də onu özümə oxşatdım. Hətta deyərdim ki, mənim oxşarımdır. Amma o qız mən deyiləm. Hər kimdir Allah xoşbəxt eləsin”.
OXŞAR XƏBƏRLƏR