İmamoğlunun həbsi dünya MƏTBUATINDA

İmamoğlunun həbsi dünya MƏTBUATINDA
DÜNYA
13:09 19.03.2025
378
Əkrəm İmamoğlunun saxlanılması dünya mətbuatında geniş əks-səda doğurub.
 
AZXEBER.COM xarici mətbuatya istinadən xəbər verir ki,  AP, Reuters və Financial Times kimi aparıcı təşkilatlar həbsin siyasi ölçüsünə diqqət çəkib.
  
Türkiyənin prezidentliyə namizədi kimi göstərilən İmamoğlunun gələcəyi qeyri-müəyyən qalsa da, qərarın ölkə siyasətinə və iqtisadiyyatına təsiri müzakirə edilir.
 
"FINANCIAL TIMES"
"Financial Times” İmamoğlunun həbsini "Rəcəb Tayyib Ərdoğanın ən böyük rəqibi Türkiyə polisi tərəfindən saxlanılıb” deyə şərh edib. 

"Financial Times” İmamoğlunun böyük fərqlə Ərdoğanı çox geridə qoyduğunu vurğulayıb. İqtisadiyyat qəzeti CHP-nin namizəd seçkilərinin bazar günü keçirilməsi gözlənildiyi bir vaxtda çıxarılan həbs qərarının səbəb olduğu zəlzələnin Türkiyə bazarlarına mənfi təsir göstərəcəyini qeyd edərək, CHP-nin "siyasi çevriliş” açıqlamalarına diqqət çəkib.

AFP
Fransada yerləşən AFP qəzeti isə "CHP-də populyar və güclü fiqur olan İmamoğlu prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibidir və onun prezident seçkilərində partiyanın namizədi olmasına günlər qalmış həbs edilməsi diqqət çəkib" deyə yazıb.

Fransa agentliyi İmamoğlunun Türkiyə siyasətindəki mühüm yerini vurğulayaraq, "Ərdoğana meydan oxumaq üçün ən güclü namizəd kimi görülən İmamoğlunun karyerası tənqidçilərin siyasi motivli olduğunu bildirən bir sıra hüquqi işlərin kölgəsində qaldı” deyib.

"Associated Press"
ABŞ-da yerləşən Associated Press İmamoğlunun saxlanmasının şok təsirinə diqqət yetirib. Polisin həddindən artıq reaksiyasını vurğulayan AP, "hakimiyyət orqanlarının həbsdən sonra etirazların qarşısını almaq üçün İstanbul ətrafındakı bəzi yolları da bağladığını və dörd gün ərzində şəhərdə nümayişləri qadağan etdiyini" bildirib.

"REUTERS"
İngiltərədə yerləşən dünyaca məşhur "Reuters" xəbər agentliyi İmamoğlunun saxlanması ilə bağlı CHP-nin "siyasi çevriliş” bəyanatını paylaşıb.

Bundan əlavə, xəbər agentliyi "İmamoğlunun partiyası Türkiyəni iyirmi ildən çox idarə edən Ərdoğana qarşı onu bir neçə gün ərzində namizəd göstərməyə hazırlaşdığını” yazıb. Reuters, İmamoğlunun Türkiyədə ən populyar prezidentliyə namizəd olduğunu vurğuladı.

Bundan əlavə, Reuters İmamoğlunun siyasətdəki yüksəlişini prezident Rəcəb Tayyib Ərdoğanın yüksəlişinə bənzədib, iki namizədin prezidentlik yolunda atdığı addımlarla paralellər aparıb.

"The Guardian" 
İngiltərədə nəşr olunan "The Guardian" qəzeti, Teneo siyasi risk konsaltinq firmasından Wolfango Piccoli ilə İmamoğlunun diplomunun ləğvi ilə bağlı danışıb.

Piccoli deyib ki,"İmamoğlunun diplomunu ləğv etmək qərarı ən güclü rəqibi sıradan çıxarmaqla ədalətli seçki yarışına xələl gətirməkdən kənara çıxır" deyib.

"BLOOMBERG"
Dünyaca məşhur iqtisadi xəbər mənbəyi Bloomberg, namizəd İmamoğlunun Türkiyə üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
 
"Türkiyənin ən tanınmış müxalifət simalarından biri olan İmamoğlu, keçən ilki İstanbul bələdiyyə başqanlığı yarışında Ərdoğanın seçdiyi namizədi məğlub etdikdən sonra prezidentliyə əsas namizəd kimi görünürdü” deyə yazıb.

CHP-nin namizəd seçimi ilə bağlı dəqiq proqnoz verən "Bloomberg" hesabatına bunları da əlavə edib: "O, bazar günü ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi kimi irəli sürüləcəkdi. Onun saxlanılması bir sıra araşdırmalardan və işlərdən sonra baş verdi. Bunlardan ən ciddisi 7 ildən çox həbs cəzası və siyasi qadağa idi".
OXŞAR XƏBƏRLƏR