İmamverdi İsmayılovun dairəsində 11 məntəqənin nəticələri etibarsız sayıldı

İmamverdi İsmayılovun dairəsində 11 məntəqənin nəticələri etibarsız sayıldı
Seçki2024
17:52 20.02.2020
3938
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə daxil olan müraciət müzakirəyə çıxarılıb.

AZXEBER.COM-un Oxu.Az-a istinadən verdiyi məlumatına görə, həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.

MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb.

MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur. 
OXŞAR XƏBƏRLƏR