İMEİ kodların toplanması onlayn alış-verişə necə təsir edib? - ARAŞDIRMA

İQTİSADİYYAT
16:05 20.05.2013
2336

Mayın 1-dən etibarən ölkəyə xaricdən gətirilən saxta və oğurluq telefonların işləməyəcəyi barədə məlumat vermişdik.Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaratdığı bazada bütün mobil telefonların imei kodları artıq toplanmağa başlayıb. İstifadədə olan mobil cihazların İMEİ nömrələri (İMEİ — International Mobile Equipment Identification - mobil cihazın beynəlxalq identifikasiyanı göstərən təkrar olunmayan nömre. Bu nömrəni cihazda *#06# yığmaqla müəyyən etmək olar ) mərkəzi baza sisteminə ötürülür.

İlkin mərhələdə Azərbaycana idxal edilən telefonların imei kodları da bazaya daxil edilib. Qanuni yolla ölkəyə idxal olunan və qeydiyyatdan keçən telefonlar ağ siyahıya, oğurluq və saxta yolla əldə olunan telefonlar isə boz siyahıya salınacaq.

Məlumata görə, 8 milyona yaxın telefonun İMEİ kodu bazaya daxil olunub. Bu ayın sonunadək kodların bazaya daxil olması prosesi davam edəcək. Yerli əhali bu proqramın tətbiqini müsbət qarşılasa da, online satış mərkəzlərinə sözügüdən proqramın təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır.

Məsələni aydınlaşdırmaq üçün online alış-verişlə məşğul olan Ənvər Yavəroğlu ilə əlaqə saxladıq. O bildirdi ki, proqramın tətbiqi alverə təsirsiz ötüşməyib: “Proqramın tətbiqi bizim alverimizə çox böyük təsir etdi. Çünki bu barədə indi insanlar da müəyyən məlumat sahibidir. Əvvəlki dövr deyil ki, alıcılar öz haqlarını bilməsinlər. Onlar sifariş edərkən şübhə ilə yanaşırlar. İndi yeni mal alanda alıcı onun keyfiyyəti, qanuni olması ilə bağlı maraqlanır. Sifariş edərkən dəfələrlə işləyib-işləməyi barədə soruşurlar. Yeni qərarın bizim işimizə təsirinə gəlincə isə, onu deyə bilərəm ki, sifarişlər artıq zəifləyib. Biz yeni telefonlar yox, işlənmiş telefonlar gətiririk. Çünki təzəni gətirmək bizə xeyir eləmir. Bu gün elekton ticarət aparan şirkətlər çoxalıb. Təəssüf ki, onlar rəsmi fəaliyyət göstərmirlər. Ancaq hər alış-veriş rəsmi sənədlərə dayanaraq, qanun-qayda ilə olsa, alıcılar tərəfindən heç bir problem çıxmaz. Ona görə də düşünürəm ki, bu proqramın tətbiqi müştərilərin saxta, qeyri-qanuni telefonlardan sığortalanması üçün bir fürsətdir. Həm ticarətdə sağlam rəqabət olar, həm daxili bazarda vahid sistem yaranar, həm də iqtisadiyyatın inkişafına kömək edər”.Ayşə İsazadə

OXŞAR XƏBƏRLƏR