Oktyabrın 7-də saat 01.00 radələrində İmişli rayonu Çahar kəndinin ərazisində yol- nəqliyyat hadisəsi baş verib.
Rayon sakini İxtiyar Ağayevin idarə etdiyi “VAZ-2106” markalı və Beyləqan rayon sakini Tərlan Orucovun idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə İ.Ağayev hadisə yerində ölüb, xəsarət alan sərnişinləri, İmişli rayon sakinləri Aynurə Şükürova, Aytel Cəfərova, onun bacısı Aysun, Nazim Şükürov, onun arvadı Aytəkin, qızları Gülsarə və Gülər isə xəstəxanaya yerləşdirilib.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.