İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.
Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.











































