AZXEBER.COM-un Kanal S televiziyasına istinadən verdiyi məlumata görə, İmişli rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı bir nəfər hadisə yerindəcə dünyasını dəyişib.Hadisə İmişli-Qaravəlli yolunun 3-cü km-də Cavadxanlı kəndi ərazisində 26 yanvar saat 17 radələrində baş verib. Belə ki, 1959-cu il təvəllüdlü, Beyləqan rayon sakini Mustafayev Həsən Heydər oğlunun idarə etdiyi "Mersedes" markalı avtomobillə İmişli rayon sakini 1971-ci il təvəllüdlü Məmmədov Tofiq Yaqub oğlunun idarə etdiyi "İJ" markalı yedəkli motosiklet toqqusub. Nəticədə motosikletin sürücüsü hadisə yerindəcə dünyasını dəyişib.