İmişlidə qəza: bir ölü, iki yaralı

İmişlidə qəza: bir ölü, iki yaralı
Bütün Xəbərlər
01:51 30.04.2012
1258
İmişlidə baş verən avtomobil qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən məlumat verilib. Xəbərə görə, dünən saat 7.00 radələrində İmişli-Qaravəlli-Mirili avtomobil yolunun 4-cü kmilometrində, Cavadxanlı kəndi ərazisində baş vermiş avtomobil qəzasında Cəbrayil rayon sakini, 1990-cı il təvəllüdlü Ələkbərov Ceyhun İlyas oğlunun idarə etdiyi “Mercedes” markali avtombilli yolun kənarındakı dərəyə aşırıb. Nəticədə avtomobildə olan, 1956-cı il təvəllüdlü Ələkbərov Nüsrət Cəmil oğlu hadisə yerindəcə ölüb, sürücü və onun atası, 1958-ci il təvəllüdlü Ələkbərov İlyas Cəmil oğlu isə müxtəlif bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.
OXŞAR XƏBƏRLƏR