İmişlidə seminar keçirildi

İmişlidə seminar keçirildi
Bütün Xəbərlər
15:24 28.08.2013
1121

Bu gün Qarabağ QHT Koalisiyası Azərbaycan Respubilkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “2013-cü ildə keçiriləcək Azərbaycan Respubilkası Prezidentinin seçkiləri ilə bağlı marifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrası məqsədilə İmişli rayonunda seminar keçirdi.

AZXEBER.COM-un məlumatına görə, seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidentiyanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov açaraq marifləndirmə tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün aparılan işlər haqqında məlumat verdi. Əhalinin seçkilərdə fəal iştirak etməsi, ilk dəfə seşkilərdə səs verəcək gənclərin marifləndirilməsi,, vətəndaşlara seçki hüquqlarından fəal istifadə edilməsi, seçki fəallığının artırılması üçün regionlarda elmi-metodiki və kütləvi tədbirlərin keçirilməsinin mahiyyəti barədə müzakirələr aparıldı.

Tədbirdə Qarabağ QHT Koalisiyasının İdarə Heyətinin üzvləri: Emin Həsənli, Niyazi Quliyev, Ceyhun Fərhadov, İmişli rayon icra hakimiyyəti başçısı Aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Əzimov və digər natiqlər seçki marifləndirilməsi mövzusunda məruzə ilə çıxış etdilər. Qeyd edək ki, layihə çərçivəsində Beyləqan, Füzuli, Ağdam, Ağcəbədi, Bərdə, Tərtər, Goranboy, Biləsuvar rayonlarında da seminarların keçirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR