İmişlidə toyda dava düşdü - 1 nəfər bıçaqlandı

İmişlidə toyda dava düşdü - 1 nəfər bıçaqlandı
SOSİAL
10:54 27.03.2019
4151
İmişli rayonunda toyda dava düşüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, martın 24-də rayonun Məzrəli kənd sakini Adil Nuriyevin həyətində toy şənliyi üçün mağar qurulub və məclis zamanı naməlum şəxs əlindəki bıçaqla Gövhərli kənd sakini, 1956-ci il təvəllüdlü Mustafa Zamanovu sinəsindən bıçaqlayıb. 

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR