İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI

İmişlidə toyda zəhərlənənlərin sayı 53-ə ÇATDI
SOSİAL
22:47 24.09.2025
378
İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.

AZXEBER.COM-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
OXŞAR XƏBƏRLƏR