İmişlidə yol qəzası olub, xəsarət alanlar var

İmişlidə yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ
21:35 09.03.2024
1017
İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM "Report"un Muğan bürosuna istinadən xəbər verir ki, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR