İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.
Belə ki, qəza zamanı "Mercedes", "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.