“İmkan vermirsiz ki, anamla danışam...” - Qurban Qurbanov

“İmkan vermirsiz ki, anamla danışam...” - Qurban Qurbanov
İDMAN
23:08 01.05.2016
5176

“Qələbə yaxşı oyunla gələndə daha şirin olur. Məncə, bu gün yaxşı oyun göstərdik. Futbolçuların hər birini təbrik edirəm. Ardıcıl üçüncü il çempion olduq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Topaz Premyer Liqasının XXXII turunda səfərdə “Zirə”yə qalib gələn Ağdam təmsilçisi ardıcıl 3-cü dəfə çempionluğu rəsmiləşdirib.

Oyun başa çatdıqdan sonra gənc mütəxəssis fikirlərini bölüşüb: “Bu çempionluq münasibətilə bütün qarabağlıları təbrik edirəm. Əsgərlərimizə "sağ ol" deyirəm ki, torpaqlarımızı qoruyurlar. Səhv etmirəmsə, bu, "Zirə"nin evdəki ilk məğlubiyyəti idi. Çempionluq öz yerində, daha çox oyundan həzz aldım”.

- Bu mövsümdə sizin üçün ən çətin oyun hansı oldu?- Hər oyun bizim üçün çətin idi. Məsuliyyət çox idi. Çempionluğa oynadığımızdan, futbolçularda xal itirmək qorxusu həmişə olur. Demək olar, asan oyunumuz olmadı.

- Hazırlıq dövrünü necə keçirməyi planlaşdırırsız?- Ölkə xaricində hazırlıq keçəcəyik. Ən azı 3 yoxlama oyunu keçirməyi planlaşdırırırıq.

- Çempionluq kubokunu cəbhə bölgəsinə aparmaq barədə düşünmürsüz ki?- Bu barədə düşünürük. Ancaq bunun üçün komandirlərin razılığı lazımdı. Bir dəfə Ağdamda olmuşduq. Bizim üçün bunu etmək çox asandı. Ancaq bu məsələ bizim səviyyəmizdə həll edilmir. Bu, hərbçilərin işdidi. Biz həmişə əsgərlərimizin yanındayıq.

- Sizdən qabaq "Neftçi" 3 il ardıcıl çempion olsa da, sonradan bu komandada eniş dövrü başladı. Sizdə də eyni tendensiyanın təkrarlanacağından qorxmursuz ki?- Biz həmişə qorxuruq. Bu, istənilən komandanın başına gələ bilər. Bu barədə həmişə düşünürük. Ancaq üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq. Qismətimizdə nə varsa, o da olacaq.

- Cəmi 44 yaşınız olsa da, 3 dəfə çempion olmusuz. Bu uğurlara sizi motivasiya edən nədi?- Hər bir insan öz işində peşəkar olmalıdı. Hər şeydən əvvəl düzgün olmalıyıq. Belə olduğu halda, işimiz də düzgün olar. Çalışırıq ki, uğur bizi çaşdırmasın. Mən bir məşqçi olaraq daim özümü idarə etməyi bacarmalıyam. Üzərimə böyük məsuliyyət düşür. İnsan öz insani keyfiyyətlərini yüksəldirsə, uğur qazanmaq mümkündü.

- Hamı "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə düşməyi tələb edir...- Futbolda həmişə istədiyin olmur. Biz çalışırıq ki, komanda öz oyununu təkmilləşdirsin. Qismətimizdə nə varsa, o da olacaq.

- Nə vaxtsa xaricdə çalışmağı düşünürsüz?- Mən hazırda bu komandadayam. Düzünə qalsa, həmişə Azərbaycanda, öz ölkəmiz üçün çalışmaq istəmişəm. O ki qaldı ölkə xaricində çalışmağa, bəlkə gələcəkdə o səviyyəyə çatdıq. Bəlkə də heç çata bilməyəcəyik. Bizi kiçik futbol ölkəsi kimi tanıyırlar. Buna görə də, burdakı məşqçilərə maraq azdı.

- Şenol Günəş azərbaycanlı jurnalistlərə açıqlamasında "Qarabağ"la oynamaq istədiyini deyib...- Belə komandayla qarşılaşmaq bizim üçün xoş olar. Bilmək olmaz, bəlkə avrokuboklarda qarşılaşdıq. Şenol Günəş həmişə mənim sevimli məşqçim olub. Türkiyədə "Beşiktaş"a azarkeşlik edirəm.

- Açıqlamalarınızın birində oyunlar zamanı sizdən çox ananızın həyəcan keçirdiyini demişdiz. Bu oyundan sonra onunla əlaqə saxlamısız?- Bəli, elədi. Anam həmişə bizim oyunlarımızda çox həyəcanlanır. Ancaq bu oyundan sonra hələ ki, əlaqə saxlamamışam.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır