“Azərbaycanda internet medianın azad fəaliyyəti üçün bir sıra ciddi addımlar atılsa da, bu sahəndə təhlükəsizliyin təmin edilməsiylə bağlı müəyyən problemlər öz qüvvəsində qalmaqdadır”. Bu açıqlamanı AZXEBER.COM-a İnternet Media Mərkəzinin(İMM) təsisçilərindən olan Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov verib. Onun sözlərinə görə, son dövrlərdə bir çox kibercinayətkarlar tərəfində xəbər portalların və agentliklərə edilən xaker hücumları jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirilməsi üçün əngəllər yaradır: “Bununla bağlı olaraq İnternet Media Mərkəzi Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov və Daxili İşlər naziri Ramil Usubova müraciət etmək niyyətindədir. Müraciətimizin əsas məqsədi bu qurumların diqqətinin internet medianın təhlükəsizliyi ilə bağlı məsələlərə yönəltməkdir.
Bununla yanaşı hazırda internet medianınciddi problemlərindən biri də internet provayderlərinin sürətli və keyfiyyətli internetə qoyduqları qiymətlərin yüksək olmasıdır. İMM olaraq hesab edirik ki, redaksiyalarda bu səbədən bəzi maddi problemlər yaranır. Təbii ki, bu maddi təminatı onsuz da aşağı olan jurnalistlərin əmək haqlarına və qonararlarına təsirsiz ötüşmür. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və internet provayderlərinə təkliflərimiz var”.
Ülkər Eldarqızı