İmran Cəfərzadənin səhhətində irəliləyiş var - VİDEO

İmran Cəfərzadənin səhhətində irəliləyiş var - VİDEO
Bütün Xəbərlər
13:00 20.09.2013
2280

Nabranda istirahət mərkəzlərindən birində ağır yaralanaraq bir ayağını itirən və Almaniyanın Şarite klinikasında müalicəsini davam etdirən 2 yaşlı İmran Cəfərzadənin üzərində növbəti cərrahiyyə əməliyyatı keçirilib. Əməliyyatdan sonra keçirilən konsiliumda həkimlər İmranın ayaqlarındakı sınmış sümüklərin bitişməsində irəliləyiş olduğunu qeyd ediblər. Azərbaycanın Almaniyadakı səfirinin müşaviri Rizvan Nəbiyev uşağın səhhəti və son əməliyyat haqda ətraflı məlumat verib. Müşavir bildirib ki, hazırda xəstənin ümumi vəziyyəti qənaətbəxşdir. Həkimlər indi İmranın ayağındakı sınmış sümüklərin tam bitişməsini gözləyir. Növbəti addımlar haqda da bundan sonra qərar veriləcək. Ən azı sınıqlar sağalana qədər İmran Şarite klinikasında müalicəsini davam etdirəcək.//anspress

OXŞAR XƏBƏRLƏR