İmran Xan: “Pakistan Azərbaycanla həmrəydir”

İmran Xan: “Pakistan Azərbaycanla həmrəydir”
SİYASƏT
12:09 18.10.2020
688
Pakistanın Baş naziri İmran Xan Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Baş nazir bununla bağlı "Twitter” hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

"Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə hörmətlə yanaşırıq. Pakistan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq nizamlanmasında Azərbaycanla həmrəydir”.
OXŞAR XƏBƏRLƏR