İmtahan verəcək abituriyentlərin nəzərinə!

İmtahan verəcək abituriyentlərin nəzərinə!
Bütün Xəbərlər
11:41 06.05.2014
960
Mayın 11-də qəbul imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqi”ni çap edə bilərsiniz
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 11-də imtahan verəcək abituriyentlərə müraciət edib.
TQDKD-dan ANS PRESS-ə verilən məlumata görə, abituriyentlər II və III ixtisas qrupları üzrə may ayının 11-də keçiriləcək qəbul imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.
Buraxılış vərəqini çap etmək üçün TQDK-nın internet saytında https://eservices.tqdk.gov.az/brxvbak/ keçidinə daxil olun.
Qeyd edək ki, imtahana gələrkən “İmtahana buraxılış vərəqi”ni və şəxsiyyət vəsiqənizin əslini mütləq gətirməlisiniz. Hamınıza uğurlar arzu edirik!
May ayının 11-də əvvəlki illərin məzunları qəbul imtahanı verəcəklər.
OXŞAR XƏBƏRLƏR