İmtahana 2 həftə qalmış xərçəng olduğunu öyrənən, bir ayağı kəsilən Neslican Tay kim idi? - VİDEO

TOP4
15:25 21.09.2019
26877
Xəbər verdiyimiz kimi, dördüncü dəfə xərcəngə tutulan universitet tələbəsi Neslican Tay dünən vəfat edib.
 
AZXEBER.COM xəbər verir ki, Türkiyənin Rizə şəhərinin Gülbahar məhəlləsində ailəsi ilə birgə yaşayan Neslican Tay, 2 il öncə xərçəng xəstəliyinə yoluxduğunu öyrənmişdi. Tümör səbəbindən sol ayağı kəsilən gənc qız, həyatdan qopmadı, iradəsi ilə xərçəng xəstələrinə nümunə olmuşdu. Universitet tələbəsi olan Neslican Tay sosial mediada ayağının kəsilməsinə səbəb olan xərçəng xəstəliyinə qarşı mübarizə aparması ilə tanındı.
 
Sosial media hesabından xəstəliyini açıqlayan və xərçənglə mübarizə aparacağını açıqlayan Neslican, yaşadıqlarını və müalicə müddətində olanları dəqiqəsi ilə izləyiciləriylə paylaşırdı.
 
O 1998-ci ildə Bursada anadan olub. Anası Rizeli, atası Manisalı olan Neslican ilk təhsilini Rizedə alıb. Universitet imtahanına iki həftə qalmış xəstəliyini öyrəndi, araya müalicə müddəti daxil olduğu üçün təhsilə ara vermək məcburiyətində qalır.

Xərçənglə mübarizə edərkən bir tərəfdən də təhsilini davam etdirmək istəyən Neslican Tay, universitetlərin birinin psixologiya fakültəsinə daxil oldu. 2018-ci ildə xərçəng səbəbindən bir ayağını itirən və özünü "Dəmir Qadın" adlandıran Tay, verdiyi müsahibədə "Ayağım yoxdu ama yaşama sevincim var!" , "Ayağımın kəsilmiş olmasının həyatıma təsir etməsinə icazə verməyəcəm. Mən bir ayaqdan ibarət deyiləm ki.. Daha çoxam!" sözləri ilə minlərlə insana ümid işiğı olmuşdu.

Neslihan Tay 20 senyabr cümə günü həyatını itirdi. Onu təkcə instagram-da 1 milyondan çox insan izləyirdi.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR