İmtahana "şortik"lə gələn tələbə türkiyəli imiş - Universitetdən açıqlama

İmtahana "şortik"lə gələn tələbə türkiyəli imiş - Universitetdən açıqlama
Bütün Xəbərlər
15:20 12.06.2014
2383

Bu gün ADİU və BDU-da tələbələrə bəzi geyimlər qadağan edilməsi ilə bağlı məlumatlar yayımlanıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə “Qaynar.info” saytına tələbələr məlumat verib. 

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) oğlan tələbələrə geyimlə bağlı yeni qadağa tətbiq olunub. 

Onların sözlərinə görə, universitetdə oğlanlara "səndəl", "şәpit" vә ya "şortik" geyinmәyә icazә verilmir. 

Tələbələr bildirirlər ki, oğlanlardan fərqli olaraq qızlara belə bir qadağa tətbiq olunmayıb. Ümumiyyətlə, sərbəst idman geyiminə görə oğlan tələbələrin universitetə buraxılmaması tapşırılıb.

Məlumata görə, eyni qadağa Bakı Dövlət Universitetində (BDU) də tətbiq olunub.

AZXEBER.COM məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Vüsalə Məmmədova təhsil ocağında hazırda belə bir qaydanın tətbiq olunmadığını deyib:

“Universitetdə müəllim-tələbələrin etik davranışları ilə bağlı qaydalar hazırlanır. Ancaq bu proses hələ başa çatmayıb. Sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, universitetdə geyimlə bağlı tələbələr üzərinə ümumi qaydalar qoyulmayıb. 

Universitetdən həmçinin o da bildirilib ki, türkiyəli tələbələrdən biri imtahana "şortik"lə gəlib:

"Dünən türkiyəli tələbələrdən biri "şortik"lə universitetə daxil olmaq istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ona bu geyimdə universitetə gəlməməsi ilə bağlı xəbərdarlıq edilib. Bundan başqa ona hansısa bir cəza tətbiq edilməyib”.

BDU-nun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə İbrahimova da AZXEBER.COM-a açıqlamasında yayılan informasiyaların həqiqəti əks etdirmədiyini deyib:

“Mən bu məlumatı araşdırdım. Universitetimizdə geyimlə bağlı tələbələrə heç bir məhdudiyyət qoyulmayıb. Bu məlumatlar həqiqəti əks etdirmir”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR