İmtahanda 700 bal toplayan şagird kimdir?

İmtahanda 700 bal toplayan şagird kimdir?
Bütün Xəbərlər
13:02 18.07.2012
2758
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb.Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, bu, Bakının 74 nömrəli məktəbinin şagirdidir. İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib. Ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb.
OXŞAR XƏBƏRLƏR