İmtahanın nəticələri bu gün elan olunacaq

İmtahanın nəticələri bu gün elan olunacaq
Bütün Xəbərlər
11:38 14.09.2012
1242
Rezidenturaya qəbul imtahanları nəticəsində ixtisas seçiminə buraxılmış namizədlərin ixtisas seçimi bu gün saat 9:00-da başa çatıb.
AZXEBER.COM-un Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) mətbuat xidmətinə istinadən bildirir ki, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan aparılıb.
İstiqamətlər üzrə ixtisasların seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) aşağıdakı kimidir:
Müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün- baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;
Stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal;
Tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal;
Tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal.
Rezidenturaya qəbulun nəticələri elə bu gün elan olunacaq.
OXŞAR XƏBƏRLƏR