Çin alimləri mutasiyaya uğramış yeni növ koronavirus üzərində təcrübələr aparıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, siçanlar üzərində aparılan təcrübələr 100 faiz ölümlə nəticələnib.
Çinli tədqiqatçılar bu yaxınlarda GX_P2V adlı yeni koronavirus variantı üzərində araşdırmalar aparıblar.
Bu tədqiqatlar geni dəyişdirilmiş siçanlar üzərində aparılıb və 100 faiz ölümlə nəticələnib.
Pekində aparılan bu araşdırma, GX_P2V-nin insanlara bənzər genetik xüsusiyyətlərə malik siçanlara dərhal və öldürücü təsirini sənədləşdirib.
Virus siçanların bir çox orqanlarına, o cümlədən beyinlərinə təsir göstərərək, onların vəziyyətinin sürətlə pisləşməsinə və səkkiz gün ərzində ölümünə səbəb olub.
Siçanların tez bir zamanda xəstələndiyi, xeyli çəki itirdiyi və hərəkət edə bilməyəcəyi müşahidə edilib.
London Universitet Kollecinin eksperti Francois Baluks tədqiqatın dəyərini və təhlükəsizliyini şübhə altına aldı.
Baluks açıqlamasında deyib:
"Bu araşdırma dəhşətlidir və elmi baxımdan mənasızdır. İnsana bənzər xüsusiyyətlərə malik siçanların xüsusi ştamını təsadüfi virusla yoluxdurmaqdan heç bir fayda görmürəm. Məncə, belə bir üsul yanlış nəticələrə gətirib çıxara bilər".
Mikayıl