Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərdi.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Yünyao-1 peykləri 55, 56, 57, 58, 59 və 60 və AIRSAT 06 və 07 peykləri ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən buraxılıb.
Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdilər və bu, CERES-1 raketi ilə 17-ci uğurlu faydalı yük missiyası oldu.
Qeyd edək ki, CERES-1 indiyədək orbitə 71 peyk çıxarıb.
Çinin kosmik proqramında əsas daşıyıcı kimi dövlətə məxsus Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən istehsal olunan və inkişaf etdirilən Long March raketlərindən istifadə edilir.
Gülay