Çin Xalq Respublikasının Sədri Si Cinpin payızda ABŞ-yə dövlət səfəri edəcək. AZXEBER.COM xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ bildirib. Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutacaq. Qeyd edək ki, Prezident Donald Tramp Çinə dövlət səfəri zamanı ÇXR Lideri Si Cinpinlə görüşdə onu ölkəsinə səfərə dəvət edib.