Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Qəzzada daimi sülhün hərbi yolla əldə edilə bilməyəcəyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fu BMT Təhlükəsizlik Şurasındakı çıxışında bölgədəki gərgin münaqişələrə toxunaraq, Fələstin xalqının iztirablarının artdığını bildirib.
Yaxın Şərqin ciddi qarışıqlıq içində olduğunu bildirən Fu, "İsraili Qəzzada bütün hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq" deyib.
Fu bölgədə dərhal və daimi atəşkəsə çağırıb və Qəzzada daimi sülhün hərbi yolla əldə edilə bilməyəcəyini bildirib. Qəzzada baş verən humanitar fəlakətin kritik səviyyədə olduğunu qeyd edən Fu, "Tərəflər üzərində əhəmiyyətli təsiri olan ölkələr atəşkəs üçün təsirli addımlar atmalıdır" deyə xüsusi qeyd edib.
O, həmçinin bildirib ki, beynəlxalq ictimaiyyət iki dövlətli həll siyasi prosesinin irəliləyişinə birgə dəstək və təminat verməlidir.
Gülay