Çin XİN: Ticarət müharibəsində qalib olmayacaq

Çin XİN: Ticarət müharibəsində qalib olmayacaq
DÜNYA
19:10 10.04.2025
319
ABŞ-nin rüsumlar vasitəsilə öz məqsədlərinə çatmaq cəhdləri uğursuzluğa məhkumdur, belə siyasət dünya iqtisadiyyatı üçün təhlükəlidir.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan bu gün brifinqdə bildirib.

"Məsuliyyətsiz və qanunsuz hərəkətlər uğursuzluqla nəticələnəcək. Bir daha vurğulamaq istəyirəm ki, tarif və ya ticarət müharibəsində qalib olmayacaq", - o bildirib.

Nümayəndənin sözlərinə görə, ABŞ-nin tariflərdən istifadə etməsi digər ölkələrin hüquq və maraqlarına ziyan vurur, Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur, dünya ticarətini və qlobal iqtisadi nizamı dağıdır.

L.Tszyan əlavə edib ki, əgər Vaşinqton digər ölkələrin və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almamağa davam edərsə, Çin sona qədər gedəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 9-da Çin mallarına rüsumların 125 %-ə qədər artırılması ilə bağlı qərarını elan edib.

Bundan əvvəl Çin hakimiyyəti Vaşinqtonun hərəkətlərinə cavab olaraq ABŞ məhsullarına rüsumları 34 %-dən 84 %-ə qaldırıb.
 
report
OXŞAR XƏBƏRLƏR