Çinarə "Gedək üzü küləyə"ni təqdim etdi - KLİP + FOTOLAR

Çinarə "Gedək üzü küləyə"ni təqdim etdi - KLİP + FOTOLAR
MAQAZİN
23:59 21.12.2016
3875
Özünəməxsus ifa tərzi ilə sosial şəbəkələrin fenomeninə çevrilən Çinarə Məlikzadə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ilk klip təqdimat mərasimini keçirib.
 
Gənc ifaçı Azərbaycan musiqi mədəniyyətinin korifeylərindən olan Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın repertuarına müraciət edib.
 
Müğənni bəstəkar Elza İbrahimovanın "Gedək üzü küləyə” bəstəsini ifa edib və mahnıya çəkilən klipi təqdim edib.
 
Təqdimat mərasimində çıxış edən müğənninin müəllimi, xalq artisti Mənsum İbrahimov Çinarə Məlikzadəyə uğurlar arzulayıb və onun ifasını çox bəyəndiyini deyib: "Çinarə 7 ildir ki, tələbəmdir. Onun səsi bulaq suyu kimi saf, büllür kimidir. İnanıram ki, Çinarə daha böyük uğurlara imza atacaq. Onun az müddətdə tanınması, məhz gözəl, cilalanmış səsinin sayəsindədir. Çinarənin daha böyük uğurlara imza atacağı zaman uzaq deyil. Çinarəni artıq sosial şəbəkələrin ulduzu adlandıra bilərik”- deyə, o, bildirib.
 
Azərbaycan musiqisində və eləcə də gənc istedadların yetişdirilməsində xüsusi rolu olan, əməkdar artist, Şövkət Ələkbərova məktəbinin layiqli davamçısı Aybəniz Haşımova çıxışında gənc müğənni Çinarə Məlikzadə haqqında xoş sözlər söyləyib: "Çinarə sənətə gözəl səsiylə gəlib və ona dəstək olmaq lazımdır. Düşünürəm ki, Azərbaycan musiqi mədəniyyətində Çinarə Məlikzadə kimi gənc müğənnilərə dəstək olmaq lazımdır ki, sənət yolunda büdrəməsinlər. Çünki bizim sənət çox qəlizdir. Çox sevinirəm ki, Çinarə dahi ifaçı, sənətin korifeyi Şövkət Ələkbərovanın mahnısına müraciət edib. Çinarəyə bundan sonraki yaradıcılığında uğurlar arzu edirəm”.
 
Tədbirdə Çinarə Məlikzadənin müəllimi Esmiraldo Hüseynova çıxışında deyib ki, Çinarənin səsinə və mədəniyyətinə hələ tələbəlik illərindən aşiq olub.
 
Bəstəkar Sevinc Tofiqqızı deyib ki, Çinarənin ilk mahnısı olan "Bir sən varsan, bir də mən" kifayət qədər uğurlu alınıb və müğənniylə işbirliyi bundan sonra da davam edəcək. 
 
Tanınmış müğənni Elnur Məmmədov çıxış edərək bildirib ki, "Gedək üzü küləyə" mahnısına çəkilən klipi çox bəyənib: "Çinarə xanımı təbrik edirəm. Onun səsinə və mədəniyyətinə heyran olmamaq mümkün deyil. Belə qız böyüdən valideynlərə minnətdaram. Klip də çox uğurlu alınıb. Çinarə xanımın ilk çıxışı "Facebook”da olub, o mahnını özünə məxsus mimika və jestlərlə oxuyub. Klip də onun üzərində qurulub. Bir daha Çinarəni təbrik edirəm və ona yaradıcılıq uğurları arzulayıram”.
 
Sənətçinin dostları Aynişan Quliyeva, Əbdül Xalid, Elvin Əhməd, Rövşən Civişov və digərləri çıxış edərək ifaçı haqqında ürək sözlərini bölüşüblər.
 
Tədbir jurnalistlərin sualları ilə davam edib.
 
Qeyd edək ki, "Gedək üzü küləyə" mahnısına çəkilən klipin rejissoru Ər-Toğrul Kamallı, operatoru isə Əvəz Hacıdır.
 
Çinarə Məlikzadə, 1990-cı il oktyabrın 11-də Bakıda anadan olub. Musiqiyə marağı kiçik yaşlarından yaranıb. Uşaqlıqda xalq artisti Oqtay Zülfüqarovdan dərslər alıb. 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirib. Bir çox müsabiqələrdə – "Pöhrə”, "Yeni ulduz” ən son "O Ses Türkiye” müsabiqəsində iştirak edib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakültəsində təhsil alıb.

 

 

 

 

 

 

 

 

 

 


 


 









 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı