Çinarə Məlikzadə: Həyatımın ən unudulmaz ad gününü keçirirəm - MÜSAHİBƏ

Çinarə Məlikzadə: Həyatımın ən unudulmaz ad gününü keçirirəm - MÜSAHİBƏ
MAQAZİN
00:01 11.10.2016
51434
AZXEBER.COM-un müsahibi son günlər sosial şəbəkələrin ulduzuna çevrilən Çinarə Məlikzadədir. 

- Çinarə, ilk olaraq özün haqda oxucularımıza məlumat verərdin...
- Çinarə Məlikzadə 1990-cı il oktyabrın 11-də Bakıda anadan olmuşam. Musiqiyə marağım kiçik yaşlarımdan yaranıb. Uşaqlıqda xalq artisti Oqtay Zülfüqarovdan dərslər almışam. 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirmişəm. Ailəmizdə musiqiçi yoxdur. Bir çox müsabiqələrdə iştirak etmişəm - "Pöhrə”, "Yeni ulduz” ən son "O Ses Türkiye” müsabiqəsində iştirak etmişəm. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyoru” fakültəsində təhsil almışam.
 
- Bu gün 26 yaşın tamam olur. Necə keçirirsən ad gününü?
- Əslində, ad günlərinə xüsusi önəm verən tip deyiləm (gülür) Ad günümü həmişə olduğu kimi ailəmlə, dostlarımla keçirirəm.
 
- Builki ad gününün öncəkilərdən nə fərqi var? Hər halda indi artıq "facebook ulduzu”na çevrilmisən...
(Gülür) Əslində, bu 2 həftədə tanınmışamsa, buna görə sizin sayta və sizin "facebook” səhifənizə borcluyam. Çünki bu ideyanı düşünən də, gerçəkləşdirən də siz olduz. Bu gün həddindən artıq təbrik mesajı aldım. Sadəcə onu deyə bilərəm ki, 2 həftə öncə "instagram”da 300 izləyicim var idisə, bu gün artıq 5 mindən çoxdur. Düzünü deyim hərdən özümə də maraqlı gəlir ki, görəsən necə oldu ki. Birdən birə belə çox insan ifamı bəyəndi. Bir daha mənə dəstək olan, ifamı bəyənən, paylaşan hər kəsə təşəkkür edirəm. Həmin insanların sayəsində həyatımın ən maraqlı ad gününü keçirirəm

- Çinarə, el içində bir düşüncə var ki, gənc müğənnilər ulduz olandan sonra keçmişini unudur. Bəs sən necə düşünürsən bu haqda..
- Mən hələ özümü ulduz hesab etmirəm, ancaq əminliklə deyə bilərəm ki, məndə belə bir şey heç vaxt ola bilməz. Bir ifadə var ki, pilləkanları qalxanda elə qalx ki, ordan düşməyə üzün olsun. Çünki heç kim hər zaman zirvədə qala bilməz, biz yola çıxdığımız insanları unutsaq, bir də görəcəyik ki, tənha qalmışıq və ətrafımızda heç kim yoxdur.
 
- Əslində, sən sübut etdin ki, efirlərə çıxmadan, külli-miqdarda vəsait ayırmadan da və ən nəhayət sponsorsuz da ulduz olmaq olur. Bəs indi sənə nə kimi təkliflər gəlir?
- Bəli, düzgün qeyd etdiz. Həqiqətən də belə oldu. Ancaq deyə bilərəm ki, sosial şəbəkələr, xəbər saytları, informasiya agentlikləri, internet televiziyaları və ümumilikdə Azərbaycan mediası mənə bu işdə çox kömək oldu. Mahnılarım paylaşılandan sonra minlərlə təbrik aldım, çoxluq ifamı bəyəndiyini dedi.
 
- Mahnılarında mimikalardan istifadə edirsiz, bu da birmənalı qarşılanmır. Bu haqda nə deyə bilərsən?
- (Gülür) Əslində, düzgün qeyd etdiz. Mən də çalışıram ki, mahnılarımda səmimiyyətimi qoruyub saxlayım. Bəziləri mimikalarımı bəyənir, tənqid edənlər də var. Mən bunu çox normal qəbul edirəm, çünki tənqid olmasa inkişaf da olmaz. Əgər tənqid haqlıdırsa, mən bundan mütləq nəticə çıxarmağa çalışıram.
 
- Çinarə Azərbaycan estradasından kimləri bəyənirsiz?
- Kişi sənətçilərdən Teymur Əmrah, Ramal İsrafilov, İlqar Muradov. Xanımlardan isə korifey sənətçilərimizin ən əsası da Şövkət Ələkbərovanın vurğunuyam. Gənc ifaçılardan isə Tamara Muradovanın səsini sevirəm. Amma ümumilikdə deyə bilərəm ki, bütün sənətçilərimizə hörmətim var və hər birinin mahnılarını dinləyirəm.

- Bundan sonrakı planların nədir?
- Yaxın günlərdə Şimali Kipr Türkiyə Cümhuriyyətinə səfətim var. Orada müstəqillik günümüzlə bağlı tədbirdə çıxış edəcəm, bundan başqa yeni mahnılarım və bir neçə duet variantı var, onun üzərində işləyirik.
 
- Çinarə, bir daha doğum gününü təbrik edirəm. Son olaraq özünə nə arzu edirsən...
- Özümə arzu edirəm ki, mənə inanan, etimad göstərən, bəyənən insanların ümidlərini doğruldum. İnşAllah bundan sonra ifalarımla, sənətimlə görüşünüzə gəlim. Bir daha hər kəsə təşəkkür edirəm və növbəti canlı ifamı həmişə olduğu kimi azxeber.com oxucularına təqdim edirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
13:56 01.09.2025
“Kriti Vüsal Masallinski” həbs olundu - “Bandotdel”dən əməliyyat
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
13:50 01.09.2025
"İnstagram"da yenilik: Platforma reklamdan tamamilə azad olunacaq
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
13:44 01.09.2025
Kəndlər dağılıb, yollar bağlanıb - Əfqanıstanda 25 ilin ən güclü zəlzələsi oldu
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
13:35 01.09.2025
Azərbaycanda bu mobil operator ləğv edilir - NÖMRƏLƏR İŞLƏMƏYƏCƏK
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
13:29 01.09.2025
"Qırmızı Xaç": "Əfqanıstanın təcili yardıma ehtiyacı var"
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
13:28 01.09.2025
Fələstində aclıqdan ölənlərin sayı 348-ə çatdı
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
13:23 01.09.2025
Əfqanıstandakı zəlzələdən sonra təcili yardım əməliyyatlarına başlanılıb
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
13:23 01.09.2025
Əfqanıstanda zəlzələdə ölənlərin sayı 800-ə çatıb
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
13:18 01.09.2025
Sabiq hərbi kəşfiyyat rəhbəri: "Netanyahu qorxaq və uğursuz liderdir"
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
13:18 01.09.2025
"Mahnının silinməsini tələb edirik" - Lamiyyə Ələkbərovadan AÇIQLAMA
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
13:10 01.09.2025
Azərbaycan və Ermənistan liderləri təmasları davam etdirmək barədə razılığa gəliblər
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
12:45 01.09.2025
İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
12:38 01.09.2025
Ərdoğan: Putinin ən qısa zamanda ölkəmizə səfərini gözləyirik
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
12:29 01.09.2025
Avtobuslarda gediş haqqı artırılacaq? - AYNA-dan açıqlama
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır