“İnciməyin, millinizin şansı yoxdu” – Norveçli futbolçu

“İnciməyin, millinizin şansı yoxdu” – Norveçli futbolçu
İDMAN
13:12 09.10.2016
12208
DÇ-2018-in seçmə mərhələsində yığmamıza 0:1 hesabı ilə məğlub olan Norveç millisinin müdafiəçisi Stefano Strandberqin apasport.az saytına müsahibəsi.
 
- Oyunla bağlı fikrini almaq istərdik…
 - Çətin, eyni zamanda bizim üçün gözlənilməz nəticə qeydə alındı. Azərbaycan millisinin 90 dəqiqə ərzində 1 qol şansı oldu, ondan da maksimum istifadə etdilər. Biz heç də zəif komanda deyilik. Sadəcə, rəqibdən fərqli biz yaratdığımız epizodları düzgün dəyərləndirə bilmədik. Futboldu, belə vəziyyətlər qaçılmazdı.
 
- Deməli, Azərbaycanın bu cür oynayacağını gözləmirdiniz?
- 90 dəqiqə ərzində üstün tərəf idik, çoxsaylı epizodlar yaradan komanda idik. Ancaq hər zaman ən yaxşılar qələbə qazanmır. Bu gün də elə alındı. Yaxşı olmağımıza baxmayaraq, bəxtimiz də gətirmədi. Qələbə gözləyirdik, amma burdan xalsız ayrılırıq.
 
- Oyundan əvvəl komanda yoldaşlarınız, eləcə də məşqçilər korpusu çox iddialı açıqlamalar vermişdi. Hətta yığmamızı rəqib yerinə qoymurdunuz…
 -Belə bir şey olmayıb. Nə mən, nə də komanda yoldaşlarımız rəqib haqda hörmətsiz fikirlər söyləməmişik. Ola bilsin, bunu Norveç mətbuatı belə yazıb. Yəni deyilənlər onların fikri ola bilər.
 
- Bu hesabdan sonra Norveçdə nələr düşünürlər milli komanda haqda?
- Əlbəttə, azarkeşlərimiz çox məyusdurlar, üzülürlər. Bunu heç kim gözləmirdi. Əksinə, onlar millinin dünya çempionatının final mərhələsinə qatılacağına inanır. Biz də onların ümidini doğrultmağa çalışırıq. Ancaq bu qədər qol vurmaq imkanımız olmasına rəğmən məğlub dönməyimizi dərk edə bilmirəm.
 
- Azərbaycan millisi növbəti oyunda Çexiya ilə qarşılaşacaq. Bu dueldə komandamıza şans verirsinizmi?
- İnciməyin, millinizin heç bir şansı yoxdu. Çexiya çox güclü rəqibdi və onlar qələbə qazanacaq.
 
- Siz isə San Marino ilə üz-üzə gələcəksiniz. Növbəti sürprizə hazırsınızmı?
- Bu haqda heç düşünmürük də. Erkən qol vurmalıyıq, şanslarımızı saga sola xərcləməməliyik. Yaxşı oynayacağımıza və qələbə qazanacağımıza inanıram.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək