"Biz çox narahatıq. Sui-qəsdi şiddətlə pisləyirik. Bu hadisə bölgədə daha da qeyri-sabitliyə səbəb ola bilər".
AZXEBER.COM "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien İranda HƏMAS-ın rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlaması zamanı deyib.
Lin hər cür sui-qəsd və zorakılıq aktlarına qəti şəkildə qarşı olduqlarını və qınadıqlarını bildirib.
Sözçü Pekinin bu hadisənin regional vəziyyətdə daha da qeyri-sabitliyə səbəb ola biləcəyindən narahat olduğu dilə gətirib.
Lin həmçinin Qəzzada ən qısa zamanda hərtərəfli və daimi atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.
Mikayıl