Adı gizli saxlanılan Çin klubu Runiyə həftədə 1,15 milyon avro maaş təklif edir. "The Sun" qəzetində çalışanların iddiasına görə, Runi Çinə yollanmağın əleyhinə deyil.
Futbolçunun indiki gəliri həftədə 345 min avro civarındadır. Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Runi mövsümün sonunda Çinə üz tutacaq. Bu halda o, dünyanın ən yüksək ödənişli futbolçusu olacaq və həftəsinə 710 min avro qazanan Karlos Tevesi qabaqlayacaq.
Qeyd edək ki, Runi "Mançester Yunayted"də 2004-cü ildən çıxış edir.
///Sport7.az