INDEX – Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzi yeni layihə hazırlayıb.
AZXEBER.COM xəbər verir ki, layihə hər həftə video çarx şəklində ictimaiyyətə təqdim olunacaq.
Layihə INDEX tərəfindən dəstəklənən təcrübə proqramına və bu proqramdan yararlanan gənclərə həsr olunub. Layihədə iştirak edən gənclər proqramından necə yararlandıqlarını və təcrübə proqramında qazandıqları təcrübə haqqında fikirlərini paylaşıblar. Qeyd edək ki, layihənin məqsədi istedadlı azərbaycanlı gəncləri üzə çıxarmaq, onların dünyanın müxtəlif ölkələrində təqdim olunan təqaüd proqramlarından yararlamağına yardımçı olmaqdır.