15 aprel 2013-cü ildə qurulmuş olan və bir illik fəaliyyətin nəticəsi olaraq, daha çox azərbaycanlı gənclərin şəxsi karyera inkişafına dəstək olan AzeDer, yeni tədris ilindən etibarən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi olaraq fəaliyyətini davam etdirir. Qurum Azərbaycanın İnsan Kapitalının İnkişafına kiçik töhfə verməyi özünə məqsəd seçib.
Bəs İnsan Kapitalı nədir? İnsan Kapitalı nə üçün əhəmiyyətlidir?
AZXEBER.COM xəbər verir ki, INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi tərəfindən hazırlanan bu video çarxda insanların iqtisadiyyatın dəyərli bir resursu olduğunu öyrənəcək və İnsan Kapitalı haqqında geniş məlumat əldə edə biləcəksiniz.