INDEX-lə Təhsil Nazirliyi arasında memorandum imzalandı - FOTOLAR

GƏNCLİK
16:40 30.10.2014
1804

28 oktyabr 2014 – cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və baş ofisi İstanbulda yerləşən INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZXEBER.COM xəbər verir ki, memoranduma əsasən tərəflər arasında Türkiyədə təhsil almaq üçün ilk dəfə həmin ölkəyə gedən tələbələrin təhsil müəssisəsi və yataqxana ilə tanışlıqlarına köməklik göstərilməsi,azərbaycanlı gənclərin peşə-ixtisas təcrübəsinə cəlb olunmaları istiqamətində fəaliyyətlərin həyata keçirilməsi, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili Üzrə Dövlət Proqramı”na qəbul prosesində (müsahibə) Türkiyə universitetləri üzrə namizədlərin seçilməsi prosesi başlıqları altında razılaşmalar əldə olunmuşdur. Memorandum Azərbaycan Respublikası Təhsil Nazirliyinin Türkiyə Respublikasındaki təhsil müşaviri Nəcibə Nəsibova və INDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin sədr müavini Abbas Məmmədov tərəfindən imzalanıb.

Qeyd edək ki, hal-hazırda Türkiyədə 8000-ə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır. Bütün tələbələrin vahid şəbəkədə birləşməyi və operativ fəaliyyət göstərməyi üçün INDEX-in Türkiyənin 45 şəhərində nümayəndəsi fəaliyyət göstərməkdədir. 

OXŞAR XƏBƏRLƏR