'İndisə tam tərsinədir – qızlar oğlan qaçırmağa 'başlayıb'
Bütün Xəbərlər
15:30 29.07.2013
1460
Əvvəllər qız qaçırmaq dəbdə idi, indisə deyəsən, tam tərsinədir –qızlar oğlan qaçırmağa “başlayıb”. Elə bir müddət öncə baş verən “oğlan qaçırma” olayına sadə adamdan tutmuş, ziyalıya kimi hamının marağına səbəb oldu. Belə bir hadisə ölkədən kənarda, tutalım, hansısa Avropa ölkəsində baş versə idi, bəlkə də bu qədər səs-küyə səbəb olmazdı. Amma Azərbaycan reallığında bir qızın oğlan qaçırması adət-ənənəyə qarşı çıxmaq kimi qarşılandı.Artıq bir ilk var. Bundan sonra ikinci belə hadisə baş versə, yəqin ki, artıq normal qarşılanacaq.Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında deyib ki, əvvəllər qız qaçırma adəti var idi. Hətta valideynlərin maddi imkanı olmayanda buna könüllü razılıq verirdilər. “Zaman dəyişib, formalar dəyişib. Avropaya inteqrasiya etməyə başlamışıq, Türkiyə modeli gözümüzün önündədir.