"İndiyə Amerika kimi yerdə mən ən azı iki dəfə prezident olmuşdum" - Azərbaycanlı partiya sədri

"İndiyə Amerika kimi yerdə mən ən azı iki dəfə prezident olmuşdum" - Azərbaycanlı partiya sədri
SİYASƏT
13:16 06.05.2017
989

"2018-ci il prezident seçkilərində məğlub olsam, partiya sədrliyindən istefa verməyəcəm”. 

AZXEBER.COM xəbər verir ki, bunu  Modern.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, məğlubiyyətdən sonra dərhal istefa vermək düzgün deyil: "Əvvəla, qələbə ilə istefanın arasında heç bir əlaqə yoxdur. Dünyanın bir çox məşhur siyasətçiləri məğlub olduqdan sonra da siyasətlə məşğul olur. Məsələn, Süleyman Dəmirəl altı dəfə həbs olunub. Lakin yenidən seçkilərdə iştirak edib və qalib gəlib. Çörçil ikinci dəfə seçkilərdə uduzsa da, üçüncü dəfə qalibiyyət onun olub. Yəni dünyanın əksər ölkələrində çox böyük siyasətçilər məğlubiyyətlərdən sonra hakimiyyətə gəlib. Ona görə də məğlubiyyətdən sonra dərhal istefa vermək düzgün deyil. Əgər məğlubiyyətin səbəbi həmin şəxsin kefiyyəti ilə bağlıdırsa, o, istefa verməlidir. Günah onu seçən adamlardadır. Amma obyektiv səbəblər, məsələn, seçki saxtakarlığı, hakimiyyət müdaxiləsi, qeyri-bərabərlik varsa,  uğursuzluğu namizədlə əlaqələndirmək olmaz. Bu cəmiyyətlə bağlıdır, şəxslə yox. İdeal bir şərait yaransa və mən orda məğlub olsam, deməli günah mənim şəxsiyyətimdədir”.

"Prezident olmaq üçün birinci insan ağıllı olmalıdır. Ağlımın göstərici mənim elmi fəaliyyətimdir. İkinci xalqına, vətəninə sədaqətli olmalıdır. Bir dəfə də olsun vətənimə xəyanət etməmişəm. Ailəmizdə də şəhidlər var. Qardaşım, qardaşımın oğlu şəhiddir. Bu onu göstərir ki, biz xalq üçün hər şeydən keçməyə hazırıq. Üçüncüsü, təcrübə olmaldır. Mən 1986-cı ildən bu tərəfə siyasətdəyəm. İdarəetmə, təşkilatçılıq qabiliyyətim yaxşıdır.  Bu xüsusiyyətlər olanda partiyanın seçkilərdə məğlub olmasının səbəbi Sərdar Cəlaloğlu ola bilməz. Amerika, Avropa kimi yerdə mən ən azı iki dəfə prezident olmuşdum. İki dəfə seçkilərdə iştirak eləmişəm, ikisində də udmuşam. Avropa məhkəməsi haqlı olduğuma qərar verib. Bundan artıq mən nə etməliyəm?..

Prezident seçkilərinə ona görə müraciət etmədik ki, Avropa Şurasının prezident seçkiləri ilə bağlı məsələyə baxmaq hüququ yoxdur. Biz daha nələr etməliyik ki, qələbəmiz hesaba alınsın. Cəmiyyət özü seçdiyi adamın irəli getməsi üçün mübarizə aparmır. Elə bilir ki, səsi verdi və işi bitdi”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu