İndiyə qədər ASAN xidmətdən 475 min nəfər faydalanıb
Bütün Xəbərlər
13:41 18.09.2013
922
İndiyə qədər Azərbaycanda 475 min nəfər əhali ASAN xidmətdən istifadə edib. Bunu jurnalistlərə açıqlamasında bu gün Yasamal rayonunda açılan 3 saylı ASAN xidmət mərkəzinin açılış marasimində mərkəzin rəhbəri İnam Kərimov bildirib.Mərkəz haqqında məlumat verən İ. Kərimov bildirib ki, Yasamal ASAN mərkəzində Yasamal rayonu ilə bərabər Səbail və Qaradağ əhalisinə, 460 nimdən çox əhaliyə xidmət edəcək. Beləliklə 9 rayon əhatə olunub. Sabunçu, Xəzər və Pirallahı rayonları qalıb.ASAN olmayan rayonlarda isə səyyar avtobuslar fəaliyyət göstərir. Avtobuslar 14 rayonda 25 rayonun 40 min əhaliyə xidmət göstərib. Ümumiyyətlə isə ASAN xidmət bu zamana qədər 475 min nəfər əhaliyə xidmət göstərilib.Xatırladaq ki, sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.