İndoneziyada klisə qarşısında terror aktı: 14 nəfər yaralandı

İndoneziyada klisə qarşısında terror aktı: 14 nəfər yaralandı
DÜNYA
18:59 28.03.2021
464

İndoneziyanın Makassar şəhərindəki katolik kilsəsinin önündə terror aktı baş verib.

"Reuters”in məlumatına görə, motosikletlərlə kilsənin önünə gələn iki terrorçu-kamikadze geyimləri altında gizlətdikləri partlayıcı qurğuları işə salıblar.

Polisin məlmatına əsasən, onlar məbədin ərazisinə daxil olmağa cəhd göstəriblər, lakin kilsənin mühafizə xidmətinin əməkdaşları onları içəriyə buraxmayıblar.

Bu halda, terrorçular öz əməllərini məbədin həyətində törətməyi qərara alıblar.

Son məlumatlara görə, partlayışlar nəticəsində 14 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR