FIFA-nın hazırkı prezidenti Canni İnfantino təşkilatın rəhbərliyinə növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini təsdiqləyib.
Onun sözləri "The Touchline" sitat gətirib.
"Əlbəttə, gələnilki seçkilərdə namizəd olacağam. Əgər bilmək istəsəniz, mənim platformam və ya şüarım çox sadədir, eyni zamanda çox aydındır: "Futbol bütün dünyada hər kəsə məxsusdur". Biz buna çalışırıq. Mən də buna çalışıram. Biz FIFA olaraq buna nail olmağa çalışırıq", - o bildirib.
C.İnfantino ilə bağlı qalmaqal, onun 2026-cı il Dünya Kubokundan qısa müddət sonra hüquqların bir hissəsini üçüncü tərəf investorlara satmaq planlarını açıqlamasından sonra baş verib. Bu, futbol ictimaiyyətində kəskin reaksiyalara və 2030-cu il Dünya Kubokunu boykot etməklə hədələməyə səbəb olub.
///report.az///











































