İnfeksion xəstəliklə bağlı rəsmi açıqlama

İnfeksion xəstəliklə bağlı rəsmi açıqlama
Bütün Xəbərlər
14:27 14.01.2013
1151

Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, Azərbaycanın baş infeksionisti Namiq Əliyev hazırda insanlar arasında müşahidə edilən infeksion xəstəliklə bağlı açıqlama verib.

ƏliyevTrend-ə bildirib ki, bir neçə gün davam edən qızdırma, boğaz və baş ağrısı ilə müşahidə edilən bu xəstəlik qripin atipik formasıdır. Bu xəstəlik zamanı boğaz və baş ağrılarından sonra burun axması da müşahidə edilir. Xəstəlik maksimum 10 gün davam edir. Əliyev deyib ki, xəstəlik insanlara hava-damcı yolu ilə keçir. Xəstəlikdən qorunmaq üçün maska taxmaq, buruna İnterferon damızdırmaq olar. Baş infeksionist indiyə kimi instituta bu xəstəliklə bağlı müraciətlərin edilməyini də deyib. Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiriViktor Qasımovisə Trend-ə bildirib ki, qrip payız-qış aylarında müşahidə edilən xəstəlikdir.
OXŞAR XƏBƏRLƏR