Katarakt

İnfeksionist: "İftar süfrəsində toplaşmalar kütləvi yoluxmaya səbəb ola bilər"

SAĞLAMLIQ
14:02 12.04.2021
331
"Dünya ölkələrində olduğu kimi Azərbaycan da COVID-19 pandemiyası ilə mübarizə tədbirlərini davam etdirir”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya həkim infeksionist Turan İbrahimova deyib. O bildirib ki, son günlərdə koronavirusa yoluxma sayında artım müşahidə olunur: "Artıq bu, bizim üçün yeni bir şey deyil. Biz dəfələrlə bu halı müşahidə etmişik.

İnsanlarımız bir-birinə dəstək olaraq bu vəziyyətdən çıxa bilər. Qarşıdan Ramazan ayı gəlir, bayramdır, xalq olaraq böyüklərimizi ziyarət etməyi çox sevirik. İftar süfrələrində bir araya toplaşmağı, bir-birimizə qonaq getməyi çox sevən millətik.

Amma nəzərə almaq lazımdır ki, COVID-ə yoluxma sayı getdikcə artır. Bizim bir araya toplaşmağımız xəstəliyə yoluxma sayını daha da artıra bilər. İnsanların bayramlaşmaq üçün telefonla əlaqə saxlaması bir-birinin evində iftar süfrəsində toplaşmaqdan daha yaxşı olar. Çünki kimdə koronavirusun olub-olmadığını təxmin edə bilmirik”.

Həkim qeyd edib ki, bəzi insanlar xəstəliyi assimptomatik keçirirlər: "Onlar özləri belə COVID daşıyıcısı olduqlarının fərqində olmurlar.

Həmin şəxslər bir araya gəlməsi, qohumların toplaşması bir nəsildə kütləvi yoluxmaya səbəb ola bilər. Bu baxımdan insanlardan diqqətli olmalarını xahiş edirik.

İnsanlar nə qədər çox bir yerə toplaşarsa, iftar süfrəsi olarsa, yoluxma riski artar. Belə olsa, yoluxma sayında artımı görəcəyik.

Buna görə də hər kəsin evində olmasını xahiş edirəm. İnşallah, bu mübarizədən də qalib çıxacağıq. Bir az səbrli olmaq lazımdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:08 16.06.2021

AVRO-2020: Finlandiya Rusiyaya qol vurdu, sayılmadı

16:56 16.06.2021

Ərdoğan Heydər Əliyevin məzarını ziyarət edib

16:55 16.06.2021

UEFA prezidenti Bakıda

16:24 16.06.2021

Ərdoğan: "Gələn il Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olmasından şərəf duyarıq"

16:23 16.06.2021

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

16:21 16.06.2021

"Qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir"

16:18 16.06.2021

Ərdoğan: "Bölgədə düşmənçilik ortadan qalxmalıdır"

16:17 16.06.2021

“Şuşada olsaydım, Ərdoğana kəklikotu çayı dəmləyərdim” - Xalq artisti

16:04 16.06.2021

Ərdoğan: “Biz də Qarabağın dirçəlməsinə dəstək göstərəcəyik”

16:00 16.06.2021

"Peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir"

15:59 16.06.2021

Türkiyə Prezidenti: "Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”

15:57 16.06.2021

Ərdoğan: “Üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq"

15:46 16.06.2021

Dövlət başçısı: "Türkiyə, Pakistan və Əfqanıstana minnətdarlığımı bildirmək istəyirəm"

15:42 16.06.2021

Ərdoğan Milli Məclisə gəldi

15:41 16.06.2021

İlham Əliyev: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür"

15:40 16.06.2021

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb