“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR

“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
SOSİAL
16:18 20.11.2026
71

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "İnfoschool Bloger Məktəbi 2” layihəsi uğurla başa çatıb.

Oktyabr və noyabr aylarını əhatə edən layihəyə seçilmiş 15 gənc cəlb olunub. 

Layihə çərçivəsində iştirakçılar üçün həm nəzəri, həm də praktiki təlimlər təşkil edilib. Təlimlərdə nitq mədəniyyəti, kamera qarşısında çıxış və işləmə bacarıqları, "Reels” videolarının hazırlanma texnikası, montaj proqramlarından istifadə, sosial şəbəkələr üçün keyfiyyətli və düzgün informasiya məzmununun hazırlanması, media savadlılığı, bloqer fəaliyyətinə başlamağın əsas mərhələləri və digər aktual mövzular əhatə olunub.

Məktəb çərçivəsində iştirakçılar tanınmış media nümayəndələri və sahə üzrə peşəkarlarla görüşmək, onların təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Təlimçilər sırasında Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər” proqramının aparıcısı Samirə Mustafayeva, İctimai Televiziyanın tanınmış siması Saleh Bağırov, bloqer və aparıcı Firəngiz İskəndərova, Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli, tanınmış jurnalist, siyasi ekspert və bloqer Elçin Alıoğlu, "Editor.az” media şirkətinin rəhbəri Fərid Şahbazlı, ARB televiziyasının əməkdaşı, sosial media kontentlərinin hazırlanması üzrə mütəxəssis Şövkət Kərimova və digər qonaqlar yer alıblar.

Nəzəri və praktiki məşğələlərlə yanaşı, layihə iştirakçıları media qurumlarına infoturlar da həyata keçiriblər. Gənclər "Baku TV”də olaraq televiziyanın fəaliyyəti, xəbər istehsalı prosesi, efir siyasəti, kontentlərin hazırlanması, xəbər otağının fəaliyyəti və montaj mərhələləri ilə yaxından tanış olublar.

İştirakçılar, həmçinin Azərbaycan Mətbuat Şurasına infotur çərçivəsində səfər ediblər. Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli gəncləri qurumun inzibati binası və fəaliyyəti ilə tanış edib, media sahəsində baş verən proseslər və Şuranın fəaliyyəti barədə ətraflı məlumat verib. O, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların peşəkar jurnalist və media mütəxəssisləri kimi yetişməsinin vacibliyini vurğulayıb.

Layihənin rəhbəri, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin icraçı direktoru Əfsələddin Ağalarov layihənin həyata keçirilməsinə dəstək göstərən bütün qurumlara və təlimçilərə təşəkkürünü bildirib:

"İnfoschool Bloger Məktəbi Azərbaycanda media mühitinin sürətlə transformasiya olunduğu bir dövrdə gənclər üçün mühüm bilik və təcrübə platformasına çevrilib. Bu, artıq sayca ikinci məktəbimizdir. İlk layihənin uğurlu nəticələrini və gənclərdən gələn çoxsaylı müraciətləri nəzərə alaraq ikinci məktəbin təşkilinə qərar verdik.

Bu gün bloqerlik və influenser fəaliyyəti müasir informasiya mühitinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz bu sahəyə maraq göstərən gəncləri bir araya gətirmək, onların peşəkar mütəxəssislərin dəstəyi ilə həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır.

İnanırıq ki, bu məktəbdə qazandıqları bilik və təcrübə gənclərə media məkanında daha məsuliyyətli fəaliyyət göstərmək, keyfiyyətli və yaradıcı kontentlər hazırlamaq, auditoriya ilə düzgün kommunikasiya qurmaq və sosial şəbəkələrdə uğurlu fəaliyyət göstərmək baxımından mühüm töhfə verəcək.

"İnfoschool Bloger Məktəbi” daha bir məzun qrupunu yola salır. Əminəm ki, bu təşəbbüs gələcəkdə də davam etdiriləcək və daha çox gəncin media sahəsində inkişafına imkan yaradacaq”.

Layihənin yekununda iştirakçılara sertifikatlar təqdim olunub. Gənclərin əldə etdikləri bilikləri real iş mühitində tətbiq etmələri və praktiki təcrübə qazanmaları məqsədilə bir sıra media subyektlərinə müraciətlərin ünvanlanması da nəzərdə tutulur.

Qeyd edək ki, "İnfoschool Bloger Məktəbi 2” layihəsi gənclərin media savadlılığının artırılması, rəqəmsal kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi və onların müasir media mühitinə hazırlanması istiqamətində həyata keçirilib.













OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:39 20.11.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
16:24 20.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Vyetnamın Baş naziri ilə görüşdən videoçarx paylaşılıb - VİDEO
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
16:21 20.11.2026
2027-ci ildə bizi nə gözləyir? - Neft ucuzlaşacaq, ərzaq bahalaşacaq
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
16:18 20.11.2026
“İnfoschool Bloger Məktəbi 2” layihəsi başa çatdı – FOTOLAR
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
16:05 20.11.2026
Arakçi: ABŞ-nin dəniz blokadası yarılmalıdır
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
15:56 20.11.2026
Efirlərə hər ay 16 min manat verən həkimlərdə bu qədər pul hardandır? - Rəşid Mahmudovdan sərt sözlər
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
15:46 20.11.2026
City Garden Narimanov-da hazır və təməldən mənzillər – Faizsiz kredit və ipoteka
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
15:35 20.11.2026
Azərbaycanda nikahların və boşanmaların sayı açıqlandı
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
15:31 20.11.2026
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
15:28 20.11.2026
Azercell-in “30 il səninlə” lotereyasında 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
15:17 20.11.2026
"Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir"
İran–ABŞ qarşıdurmasında təhlükəli mərhələ - Müharibə genişlənə bilər
14:54 20.11.2026
İran–ABŞ qarşıdurmasında təhlükəli mərhələ - Müharibə genişlənə bilər
ADPU-dan ittihamlara reaksiya: "Həqiqəti əks etdirmir"
14:49 20.11.2026
ADPU-dan ittihamlara reaksiya: "Həqiqəti əks etdirmir"
"Ağdam erməni vandalizmin şahididir"
14:49 20.11.2026
"Ağdam erməni vandalizmin şahididir"
Azərbaycanda əcnəbilərin işləmək istədiyi sahələr məlum oldu - Rəsmi
14:34 20.11.2026
Azərbaycanda əcnəbilərin işləmək istədiyi sahələr məlum oldu - Rəsmi
İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırıldı
14:33 20.11.2026
İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırıldı