“İnfoschool” bloger məktəbinin iştirakçıları "Report" İnformasiya Agentliyində olublar - FOTOLAR

“İnfoschool” bloger məktəbinin iştirakçıları "Report" İnformasiya Agentliyində olublar - FOTOLAR
GƏNCLİK
15:53 25.07.2025
517
"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin (GSİİYİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yaratdığı "İnfoschool” bloger məktəbinin iştirakçıları üçün ilk infotur "Report" İnformasiya Agentliyindən başlayıb.

AZXEBER.COM xəbər verir ki, inforturlar milli mətbuatın 150 illiyinə həsr olunub.

Media qurumunun direktoru Fuad Hüseynəliyev layihə iştirakçılarına agentliyin fəaliyyəti və iş prinsipləri barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Həmçinin görüş zamanı "Global Media Group” (GMG) şirkətlər qrupuna daxil olan "Baku TV”, "Oxu.az”, "Baku.ws”, "Media.az”, "Caliber.az” portalları, "Kaspi” qəzeti barədə məlumat verilib.

Layihə rəhbəri, İB-nin sədri Əfsləddin Ağalarov yaradılan şəraitə və gənclərə verilən məlumatlara görə Agentlik direktoruna təşəkkürünü bildirib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR